Crescent Mall ticarət mərkəzi ilə eyni kompleksdə yerləşən rezidensiyalar və ikimərtəbəli taunhauslar
Şəhərin tam mərkəzində, Bakı Bulvarına birbaşa çıxışı olan Crescent Residences dəniz və şəhərin nadir, daim açıq qalacaq panoramasını təqdim edir.
Yaşayış binası Crescent Mall-un üzərində yerləşir və PASHA Real Estate-in yüksək komfort standartlarını özündə birləşdirir.
Layihə mənzillər və ikimərtəbəli taunhauslardan ibarətdir. Bütün mənzillər döşəmədən tavana qədər panoramik şüşələrlə təchiz olunmuşdur. Mənzillərdə pəncərələrin 30 dərəcəyədək açılması, taunhausların isə geniş terrasları estetik görünüşlə yanaşı otaqlarda dəniz havasını təmin edir.
Sakinlərin ixtiyarındadır:
Bulvara və Crescent Mall-a birbaşa çıxış
Qonaqları qarşılamaq və görüşlər üçün geniş lobbi
6-cı mərtəbədə kişi və qadınlar üçün ayrıca SPA mərkəzləri
Fitnes və yoqa zalları
Böyüklər və uşaqlar üçün qapalı hovuzlar və cakuzi
Yeraltı parkinq
Quru təmizləmə xidməti
Layihə tam təhvil verilib və mənzillərdə dərhal təmirə başlamaq mümkündür.
Crescent Residences – PASHA Real Estate-in təqdim etdiyi tam fərqli həyat tərzi, lokasiya və çeşidli infrastruktur imkanları ilə paytaxtın ən seçilən yaşayış ünvanlarından biridir.














